Azərbaycanın şoranlaşmış torpaqlarının duzlardan təmizlənməsində Misir təcrübəsindən istifadə olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın şoranlaşmış torpaqlarının duzlardan təmizlənməsində Misir təcrübəsindən istifadə olunacaq

22:11 - 30 / 04 / 2018
Azərbaycanın şoranlaşmış torpaqlarının duzlardan təmizlənməsində Misir təcrübəsindən istifadə olunacaq

Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri, mədəniyyət attaşesi Əhməd Sami Elaydi və Misirin Ayn-Şəms Universitetinin ətraf mühitinin araşdırılması mərkəzinin direktoru İbrahim əl-Qassas Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Torpaqşünaslıq və Aqrokimya İnstitutunda olublar.

İnstitutdan 1news.az-a bildiriblər ki, görüşün məqsədi Misir və Azərbaycan alimlərinin ətraf mühitin qorunması və meliorasiya sahəsində elmi əməkdaşlığı barədə fikir mübadiləsi aparmaq idi.

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyevlə görüşdə İbrahim əl-Qassas Misirdə torpaqların bioloji üsullarla zərərli duzlardan azad olunması yolları haqqında məruzə ilə çıxış edib.

Sonra mövzu ətrafında fikir mübadiləsi aparılıb. Yaxın zamanda Azərbaycanın şoranlaşmış torpaqlarının duzlardan azad edilməsi üçün bu üsulun birlikdə həyata keçirilməsi nəzərdə tutulub.

1news.az

Paylaş:
468

Son xəbərlər

Bütün xəbərlər