“Liverpul” məğlubiyyətlə finalda – VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Liverpul” məğlubiyyətlə finalda – VİDEO

10:22 - 03 / 05 / 2018
“Liverpul” məğlubiyyətlə finalda – VİDEO

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir oyunu keçirilib.

1news.az-ın məlumatına görə, “Roma” ilk oyunda 2:5 hesabı ilə məğlub olduğu “Liverpul”u qəbul edib.

Gözlənildiyi kimi, maraqlı və gərgin keçən oyunda azarkeşlər 6 qola şahidlik ediblər.

Qarşılaşmanın gedişində 2 dəfə hesabda geri düşməsinə baxmayaraq sonradan özündə güc tapan “Roma” 4:2 hesablı qələbə qazanıb. Ancaq bu qələbə finala çıxmaq üçün bəs etməyib.

Qeyd edək ki, mayın 26-da Kiyevin Olimpiya Stadionunda keçiriləcək final oyununda “Liverpul” Madrid “Real”ı ilə qarşılaşacaq.

Çempionlar Liqası

Yarımfinal (cavab oyunu)

2 may

“Roma” (İtaliya) – “Liverpul” (İngiltərə) - 4:2

Qollar: Milner, 15 (avtoqol), Ceko, 52, Naynqolan, 86, 90+3 (pen.) - Mane, 9, Vaynaldum, 26

Baş hakim: Damir Skomina (Sloveniya)

Roma, “Olimpiya” stadionu

İlk oyun - 2:5

1news.az

Paylaş:
790

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər