“Sumqayıt” Gəncədə xal itirdi - VİDEO | 1news.az | Xəbərlər
Futbol

“Sumqayıt” Gəncədə xal itirdi - VİDEO

21:47 - 04 / 05 / 2018
“Sumqayıt” Gəncədə xal itirdi - VİDEO

Azərbaycan Premyer Liqasında 26-cı tura start verilib.

1news.az-ın xəbərinə görə, turun açılış günündə bir görüş keçirilib.

“Sumqayıt” Gəncədə autsayder “Kəpəz”in qonağı olub. Ardıcıl iki oyundur məğlub olan Samir Abasovun komandası bu matçda da xal itirib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər görüşləri mayın 5-i və 6-da keçirilcək.

Azərbaycan Premyer Liqası

XXVI tur

4 may (cümə)

“Kəpəz” – “Sumqayıt” - 1:1

Qollar: D. Federiko, 66 (pen.) - Amil Yunanov, 86

1news.az

Paylaş:
697

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər