Avropa Liqasının finalının Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradıldı - SİYAHI
Prezident İlham Əliyev futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb.
1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:
"Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir. Eyni zamanda, ölkəmiz 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununa (üç qrup və bir ¼ oyunu) ev sahibliyi edəcək.
2017-ci il sentyabrın 20-də Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilmişdir. Nüfuzlu turnirin final oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.
Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ilin may ayında Bakı şəhərində keçirilməsi üçün aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin sədri
|
||
Yaqub Eyyubov
|
-
|
Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
|
Təşkilat Komitəsinin sədr müavini |
||
Rövnəq Abdullayev |
- |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri |
Təşkilat Komitəsinin üzvləri |
||
Yusuf Məmmədəliyev |
- |
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri |
Azad Rəhimov |
- |
Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
Elmar Məmmədyarov |
- |
Azərbaycan Respublikasının xarici işlər naziri |
Ramil Usubov |
- |
Azərbaycan Respublikasının daxili işlər naziri |
Kəmaləddin Heydərov |
- |
Azərbaycan Respublikasının fövqəladə hallar naziri |
Şahin Mustafayev |
- |
Azərbaycan Respublikasının iqtisadiyyat naziri |
Samir Şərifov |
- |
Azərbaycan Respublikasının maliyyə naziri |
Mikayıl Cabbarov |
- |
Azərbaycan Respublikasının vergilər naziri |
Oqtay Şirəliyev |
- |
Azərbaycan Respublikasının səhiyyə naziri |
Əbülfəs Qarayev |
- |
Azərbaycan Respublikasının mədəniyyət naziri |
Ramin Quluzadə |
- |
Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri |
Ceyhun Bayramov |
- |
Azərbaycan Respublikası təhsil naziri |
Səfər Mehdiyev |
- |
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri |
Mədət Quliyev |
- |
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi |
Elçin Quliyev |
- |
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi |
Vüsal Hüseynov |
- |
Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin rəisi |
Cahangir Əsgərov |
- |
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti |
Etibar Pirverdiyev |
- |
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti |
Balababa Rzayev |
- |
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri |
Çingiz Hüseynzadə |
- |
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti |
Anar Ələkbərov |
- |
Heydər Əliyev Mərkəzinin direktoru |
Vüsal Kərimli |
- |
Bakı Nəqliyyat Agentliyinin direktoru |
Elxan Məmmədov |
- |
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, UEFA Avropa Liqasının final oyununun Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici. |
2. Futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunsun.
3. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etsin.
4. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası futbol üzrə UEFA Avropa Liqasının final oyununun 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
1news.az