Goranboy Rayon Məhkəməsinin yeni hakimi təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Goranboy Rayon Məhkəməsinin yeni hakimi təyin edilib

22:33 - 07 / 05 / 2018
Goranboy Rayon Məhkəməsinin yeni hakimi təyin edilib

Prezident İlham Əliyev Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi S.İ.Mayılovun iş yerinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu və 32-ci bəndlərini və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 112-ci maddələrini rəhbər tutaraq qərara alıram:

1. Samir İlham oğlu Mayılov Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

1news.az

Paylaş:
648

Son xəbərlər

Bütün xəbərlər