“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlanıb

15:30 - 10 / 05 / 2018
“Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlanıb

“Qloballaşan Dünyaya İnteqrasiya” İctimai Birliyi “Azərbaycanın turizm potensialının sosial və internet media vasitəsilə təbliği” layihəsinin icrasına başlayıb.

1news.az-ın məlumatına görə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilən layihə çərçivəsində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində “Sosial şəbəkələrdə Azərbaycan turizminin təbliği ilə bağlı aktiv və düzgün iştirak” mövzusunda 2 günlük təlim keçirilib.

Təlim ingilis dilində təhsil alan gənclər və gənc jurnalistlər, sosial şəbəkələrdə aktiv və ya “vətəndaş jurnalistikası” ilə məşğul olan, xarici dil bilən gənclərin Azərbaycan turizminin təbliği ilə bağlı bilik və araşdırma bacarıqlarını artırmaq məqsədilə keçirilib.

Təlimdə 20 gənc iştirak edib. Təlimçi, Yeni Media Jurnalistləri İctimai Birliyinin sədri Xaqani Səfəroğlu tərəfindən gənclərə Azərbaycan turizminin dünyada təqdimatı mövzusunda məlumat verilib, mənbələr göstərilib, bu sahədə sosial şəbəkələrdə effektiv statuslarla çıxış etmək qaydaları aşılanıb. Təlimi bitirmiş gənclərə sertifikatlar verilib.

Qeyd edək ki, 4 aylıq layihə çərçivəsində xarici dillərdə yazacaq gənc jurnalistlərin turizmə aid yazı bacarıqlarının təkmilləşdirilməsi və eləcə də bu sahədə bloggerlik vərdişlərinin artırılması üçün daha 3 təlimin keçirilməsi, həmçinin “Yenimedia.info” saytının bu sahəyə aid yazılarla fəaliyyət göstərməsi üçün təkmilləşdirilməsi və turizmin təbliğinə aid kitabçanın çapı nəzərdə tutulur.

1news.az

Paylaş:
399

Son xəbərlər

Qrant qaçaqmalçılığında mənimsənilən pullar: Anar Məmmədli və İmran Əliyev işində yeni detallar - FOTO - VIDEOBu gün, 18:35Bölgələrə yağış yağıb - FAKTİKİ HAVA - YENİLƏNİBBu gün, 18:11Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olubBu gün, 17:47Azərbaycan və Kuba Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıbBu gün, 17:15Lənkəranda 13 yaşlı yeniyetmənin barmaqları ətçəkən maşında qalıbBu gün, 16:51Şərura dolu düşüb - FAKTİKİ HAVABu gün, 16:24XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım edibBu gün, 15:49DYP “Bakı Marafonu-2024” ilə əlaqədar sürücülərə müraciət edibBu gün, 15:25Maştağada adam öldürməkdə şübhəli bilinən şəxs saxlanılıbBu gün, 15:09Qəzzada ölənlərin sayı 34 654 nəfərə çatıbBu gün, 14:55Tovuzda zəlzələ olubBu gün, 14:28Neftçilərə yeni mənzillər təqdim edilib - YENİLƏNİBBu gün, 14:18İlham Əliyev Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqləyibBu gün, 14:15Prezident Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsinə dair sazişi təsdiqləyibBu gün, 14:13Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAMBu gün, 14:11ABŞ Fondu minatəmizləmə işləri ilə əlaqədar Azərbaycana növbəti maliyyə dəstəyi göstərmək niyyətindədirBu gün, 13:59Sabunçuda köməkçi tikili yanıbBu gün, 13:35Səbaildə maşın oğurlayan şəxs saxlanılıbBu gün, 13:18Abşeronda gizli sexdə keyfiyyətsiz yuyucu vasitələr hazırlayan dəstə üzvləri saxlanılıbBu gün, 13:04Bazar gününün hava proqnozuBu gün, 12:49
Bütün xəbərlər