Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlanıb

15:45 - 11 / 05 / 2018
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas dəyişiklik açıqlanıb

Bu il də müəllimlərin işə qəbulu üzrə müsabiqədə dəyişikliklər olacaq.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O bildirib ki, müəllimlər işə qəbulu üzrə müsabiqədə göstərilən nəticə 2 tədris ilində öz qüvvəsini saxlayacaq:

“Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əsas ciddi dəyişiklik budur. Əsas mütərəqqi dəyişikliklər müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə müsabiqədə müşahidə olunur”.

M.Camalzadənin sözlərinə görə, müəllimlərin işə qəbulu üzrə müsabiqədə namizədlərə 60 test tapşırığı təqdim edilir: “Həmin test tapşırıqlarının 40-ı namizədin öz ixtisasına, 10 test tapşırığı metodika və təhsil strategiyalarına, digər 10 tapşırıq isə məntiqə dair olur”.

O vurğulayıb ki, müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı xüsusi məhdudiyyət yoxdur.

S.Xankişiyeva

Paylaş:
360

Son xəbərlər

Bütün xəbərlər