İşsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq | 1news.az | Xəbərlər
Rəsmi

İşsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq

19:30 - 14 / 05 / 2018
İşsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq

Azərbaycanda işsizlikdən və məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınanlar məsuliyyətə cəlb olunacaq.

1news.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə imzaladığı qanunda öz əksini tapıb.

Bundan sonra xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma cinayəti nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1news.az

Paylaş:
425

Son xəbərlər

Bütün xəbərlər