Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib

16:55 - 06 / 06 / 2018
Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinə üzv seçilib

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, bu barədə Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov bildirib.

Azərbaycan bu postu 2018-2022-ci illərdə tutacaq.

A.Kərimov Azərbaycanın namizədliyini dəstəkləyən bütün ölkələrə minnətdarlığını bildirib.

Qeyd edək ki, Komitəyə Azərbaycanla birlikdə Hollandiya, Polşa, Yamayka, Çin, Yaponiya, Qazaxıstan, Şri-Lanka, Kamerun, Cibuti, Toqo və Küveyt seçilib.

S.Xankişiyeva

 

Paylaş:
354

Son xəbərlər

Bütün xəbərlər