Mnatsakanyan: "Ermənistan Kosovonu da tanımayıb"

Dağlıq Qarabağ münaqişəsinin həlli təkcə Ermənistanın xarici siyasəti üçün deyil, bütün dövlətçilik və təhlükəsizlik sistemi üçün prioritetdir.
1news.az xəbər verir ki bunu Ermənistanın xarici işlər naziri Zoqrab Mnatsakanyan "Kommersant" qəzetinə müsahibəsində bildirib.
O deyib ki, danışıqlar prosesinin dinamikası var, 2016-cı ilin çox ağır aprel faktoru var, Rusiya, ABŞ və Fransanın həmsədri olduğu ATƏT-in Minsk qrupu formatı var:
“Mən əminəm ki, bölgədə sülh və sabitliyin olması hər kəs üçün çox vacibdir. Ancaq bu proseslər sülh üçün əlverişli bir mühütdə baş verməlidir. Danışıqların hansı atmosferdə keçirilməsi çox mühümdür: sülhü təbliğ edən və ya bir-birinə daha çox nifrət edən bir atmosferdə".
Ermənistanın separatçı Abxaziya və Cənubi Osetiyanı tanıya bilməsinə gəlincə erməni nazir vurğulayıb ki, Ermənistan münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır:
“Biz Dağlıq Qarabağın müstəqilliyini tanımaqdan ona görə çəkinmişik ki, bütün problemlərin müzakirə yolu ilə həllini istəyirik. Bu, bütün digər məsələlərdə mövqeyimizin əsasını təşkil edir".
Mnatsakyan əlavə edib ki, Ermənistan Kosovonu da tanımayıb".
P.Sultanova