AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatına layiq görülüb | 1news.az | Xəbərlər
Siyasət

AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatına layiq görülüb

15:00 - 09 / 06 / 2018
AMEA-nın vitse-prezidenti, akademik Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatına layiq görülüb

Dövlətlərarası “Birlik ulduzları” mükafatının təqdim edilməsi üzrə Şura incəsənət, elm və təhsil sahəsində görkəmli nailiyyətlərə görə 2017-ci ilin laureatlarını elan edib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, MDB İştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu (DHƏF) bu barədə iyunun 9-da məlumat verib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elm sahəsində “Birlik ulduzları” mükafatına layiq görülüb.

Məlumatda deyilir: “Münsiflər heyətinin qərarı ilə mükafatlara səkkiz namizəd layiq görülüb”. Laureatlar arasında SSRİ Xalq Artisti, alt alətində çalan və dirijor Yuri Başmet (Rusiya), skripkaçı Ayman Musaxacayeva (Qazaxıstan), şair Nizom Kosim (Tacikistan), ədəbiyyatşünas Abdıldajan Akmataliyev (Qırğızıstan), bir idmançı – belaruslu biatlonçu Darya Domraçeva və başqaları var.

Mükafatlar MDB İştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının iyunun 19-20-də Astanada keçiriləcək XIII forumunda təntənəli mərasimdə təqdim olunacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
466

Son xəbərlər

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qurumlarının nizamnamələri təsdiq edilibBu gün, 17:47Su Ehtiyatları Agentliyinin tərkibindəki qurumların nizamnamələri təsdiqləndiBu gün, 17:44BDU-nun adı 7 dəfə dəyişdirilib - Tarixçilərdən araşdırmaBu gün, 17:39Yasamalda parklama yeri kimi istifadə edilən səki piyadaların istifadəsinə qaytarılıb – FOTO - VİDEOBu gün, 17:18Kyokuşinkay karate üzrə Bakı birinciliyi keçirilibBu gün, 17:05Abşeronda narkotiklə bağlı əməliyyat keçirilib, xaricdəki narkotacirlərin səs yazıları açıqlanıb - VİDEOBu gün, 17:03Sabirabadda 28 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürübBu gün, 16:58ABŞ səfiri Qırmızı Qəsəbədə olubBu gün, 16:48Muxtar Babayev Yaponiyanın ətraf mühitin mühafizəsi naziri ilə iqlim maliyyəsini müzakirə edibBu gün, 16:36Səbail rayonu ərazisində avtoxuliqanlıq edən sürücü saxlanılıbBu gün, 16:33Bu ay temperatur iqlim normasından 12 dərəcə yuxarı olubBu gün, 16:24Azərbaycan şahmatçısı Avropa çempionu olubBu gün, 16:11Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 15:55“Volkswagen Azərbaycan” yenilənmiş 2024 ci il “Touareg” avtomobilinin təqdimat mərasimini keçirib – FOTO – VİDEOBu gün, 15:50Bakıda bazarda ciddi nöqsanlar aşkarlanıb - FOTOBu gün, 15:29TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - YENİLƏNİBBu gün, 15:19Qadını şantaj edərək pul istəyən şəxs tutulduBu gün, 15:00İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:36DİM isti hava şəraiti ilə əlaqədar imtahan saatını dəyişdiribBu gün, 14:25Çin Xalq Respublikası ilə mədəni əməkdaşlıq məsələləri müzakirə olunubBu gün, 14:19
Bütün xəbərlər