Elçin Əhmədov: Azərbaycan dünyada baş verən proseslərə təsir göstərmək imkanına malikdir | 1news.az | Xəbərlər
Siyasət

Elçin Əhmədov: Azərbaycan dünyada baş verən proseslərə təsir göstərmək imkanına malikdir

14:15 - 11 / 06 / 2018
Elçin Əhmədov: Azərbaycan dünyada baş verən proseslərə təsir göstərmək imkanına malikdir

Son illərdə Azərbaycanın dünyada artan nüfuzu, iqtisadi gücü, hərbi potensialı nəinki regionda, hətta dünyada baş verən proseslərə təsir göstərmək imkanına malikdir.

Bunu 1news.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru Elçin Əhmədov deyib. O, Azərbaycanın artıq mədəniyyətlərarası dialoq məkanı kimi tanındığını bildirməklə yanaşı, bu il ölkəmizin təşəbbüsü ilə başlayan Bakı prosesinin 10 illiyinin qeyd ediləcəyini söyləyib:

“Eyni zamanda biz bu il 2008-ci ildə Azərbaycanın təşəbbüsü ilə başlayan Bakı prosesinin 10 illiyini qeyd edəcəyik. Həmin prosesin də mansı o idi ki, ilk dəfə olaraq İslam Əməkdaşlıq Təşkilatına daxil olan İslam ölkələri ilə Avropa Şurasına daxil olan Avropa ölkələrinin mədəniyyət nazirləri ilk dəfə olaraq məhz Bakıda toplaşdılar. Bu çox mühüm bir hadisə idi.

Bundan sonra Azərbaycanın bu təşəbbüsü dünyanın bir çox nüfuzlu qurumları tərəfindən də dəstəkləndi və Azərbaycan artıq mədəniyyətlərarası dialoq forumlarına, dini liderlərin ümumdünya sammitinə, BMT-nin sivilizasiyalararası alyansının qlobal forumuna, Bakı humanitar forumlarına ev sahibliyi etdi. Beləliklə də Azərbaycan dünyada bir mədəniyyətlərarası dialoq məkanı kimi tanınmağa başladı. Artıq 10 ildir ki bu proses davam edir və bu il biz həmin prosesin on illiyini qeyd edəcəyik”.

İslam ölkələrinin Azərbaycana dəstəyindən danışan E.Əhmədov İslam Əmkdaşlıq Təşkilatı (İƏT) bütün toplantılarında Ermənistanın təcavüzü məsələsini hər zaman ön plana çəkir:

“İslam dövlətləri Qarabağ məsələsində hər zaman Azərbaycanın yanında olublar. Özündə İslam ölkələrini birləşdirən İslam Əmkdaşlıq Təşkilatı 1992-ci ildən başlayaraq bütün toplantılarında Ermənistanın təcavüzü məsələsini hər zaman ön plana çəkir, 1996-cı ildən qəbul etdiyi sənədlərin adı isə Ermənistanın Azərbaycana təcavüzü haqqında qətnamə adlandırılır. Bu onu göstərir ki, İƏT Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanı dəstəkləyir və yeganə təşkilatdır ki, Ermənistanı təcavüzkar dövlət, eləcə də Xocalıda baş verənləri insanlığa qarşı cinayət kimi tanıyır”.

1news.az

Paylaş:
405

Son xəbərlər

Bütün xəbərlər