FHN Akademiyasının əməkdaşları təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

FHN Akademiyasının əməkdaşları təltif edilib

20:49 - 11 / 06 / 2018
FHN Akademiyasının əməkdaşları təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Fövqəladə halların xəbərdar edilməsi və nəticələrinin aradan qaldırılması istiqamətində peşəkar milli kadrların hazırlanması işində fərqləndiklərinə görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının aşağıdakı əməkdaşları təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Hətəmov Əhməd Süleyman oğlu

Kazımov Kazım Tahir oğlu

“Hərbi xidmətlərə görə” medalı ilə

Dadaşov İlqar Firdovsi oğlu - polkovnik

Həsənov Hüseynqulu Həsənbala oğlu - polkovnik

Mahmudov Elçin Musa oğlu – polkovnik

Qarayev Malik Fikrət oğlu – polkovnik”.

1news.az

Paylaş:
367

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər