Dövlət Mülki Aviasiya Agentliyinə direktor təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Dövlət Mülki Aviasiya Agentliyinə direktor təyin edilib

20:51 - 11 / 06 / 2018
Dövlət Mülki Aviasiya Agentliyinə direktor təyin edilib

Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunun təyin edilməsi haqqında sərəncam imzalayıb. 

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Arif Əhməd oğlu Məmmədov Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru təyin edilsin”.

1news.az

Paylaş:
467

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər