Mübariz Əhmədoğlu: Nikol Paşinyan təklif formalaşdıra bilmir | 1news.az | Xəbərlər
Siyasət

Mübariz Əhmədoğlu: Nikol Paşinyan təklif formalaşdıra bilmir

10:17 - 11 / 06 / 2018
Mübariz Əhmədoğlu: Nikol Paşinyan təklif formalaşdıra bilmir

Ermənistan hökumətinin son iclaslarının birində Nikol Paşinyan Dağlıq Qarabağın adından danışıq aparmağa mənəvi, siyasi hüququnun olmadığını bildirdi. Özündən əvvəlki rəhbərlər əslən Dağlıq Qarabağlı olduqları üçün onlar Dağlıq Qarabağın adından buna görə danışırmışlar. N.Paşinyan isə ermənistanlıdır.

N.Paşinyanın bu yanaşmasının kinayə ilə cavabı daha səlisdir.  N.Paşinyan özünü Ermənistanın rəhbəri hesab etmir.  N.Paşinyan Ermənistan-Diaspor-Dağlıq Qarabağ üçlüyünü qəbul etmir.

Reallıqda isə N.Paşinyan həqiqətən savadsızdır. Adicə təklif formalaşdıra bilmir. Onun dedikləri yarımçıqdır. Əgər o Ermənistana rəhbərlik edirsə, deməli Ermənistanın bütün hərəkətlərinə məsuliyyət daşıyır. Erməni ekspertləri də etiraf edirlər ki, Dağlıq Qarabağ müstəqil deyil. Orada şəxsiyyət vəsiqələrindən tutmuş avtomaşınların nömrələrinə qədər hər şey Ermənistana məxsusdur, büdcə Ermənistandan ayırmaların hesabına doldurulur, təbii qaz Ermənistandan gedir.

Amma ən vacibi Ermənistanın təxminən 20-25 minlik ordusu Azərbaycanın Dağlıq Qarabağ da daxil olmaqla işğal olunmuş ərazilərində yerləşdirilib. Rəhbəri olsaydı Ermənistanın bu addımlarının məsuliyyətini daşıyardı. Ona görə N.Paşinyana mümkün qədər üsyankar inqilabçı imicindən xilas olmaq lazımdır. Real praqmatizm tamam fərqli məsələdir. N.Paşinyanın real praqmatizmi daddığını bilirik. Sosial yığım fondları ilə bağlı qərarını 180 dərəcə dəyişdi. Çünki Dünya Bankı və Beynəlxalq Valyuta Fondu Ermənistana kredit verməyəcəkdir. Eləcə də Ermənistanın xarici borcunun restruktizasiyası ilə bağlı əldə olunmuş razılaşmaları ləğv edəcəkdir.

N.Paşinyan anladı və mövqeyini dəyişdi. Dağlıq Qarabağ tənzimlənməsində N.Paşinyanın savadsızlığı və təcrübəsizliyi daha ciddi fəsadlar yarada bilər. Azərbaycan sabit və güclənən dövlətdir. Ermənistan xaos yoluna qədəm qoyub. Naxçıvandakı yüksəkliklərin itirilməsi proseslərin başlanğıc istiqamətini göstərdi. O zaman N.Paşinyan məsuliyyətini anlamasa da məsuliyyət özü N.Paşinyanı anladacaqdır.

Mübariz Əhmədoğlu

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq 

Paylaş:
303

Son xəbərlər

"Nar"dan sərfəli smartfon təklifiBu gün, 21:10ABŞ Səfirliyi ANAMA əməkdaşının minaya düşməsinə münasibət bildiribBu gün, 18:03Azərbaycanın bədii gimnastları beynəlxalq turnirdə 5 medal qazanıblarBu gün, 17:40Sahibkarlıq sahəsində fərqlənən bəzi şəxslər “Tərəqqi” medalı ilə təltif edilibBu gün, 17:19Azərbaycan hərbçiləri Türkiyədə “EFES - 2024” təlimində iştirak edir - FOTOBu gün, 17:03“Koroğlu”da polisdən qaçan narkokuryer barəsində cinayət işi başlanıldı - FOTOBu gün, 16:21Ali Məhkəmənin hakimi intihar edibBu gün, 16:01Hacıqabul - Bəhrəmtəpə - Mincivan yolunda hərəkət qismən məhdudlaşdırılacaqBu gün, 15:40“Dəniz Komando Təməl kursu”nun növbəti buraxılış mərasimi keçirilib - VİDEOBu gün, 15:30Azərbaycanı Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Mikayıl Cabbarov və Samir Şərifov təmsil edəcəkBu gün, 15:01Səhiyyə Nazirliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunan fleşmob təşkil edibBu gün, 14:34Ceyranbatan su kanalında batan 13 yaşlı yeniyetmənin meyiti tapılıbBu gün, 14:17Bu gün 10 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışırBu gün, 13:47Onlayn oyunlara qoşulan şəxslərin kartından 30 min manat oğurlanıb, saxlanılan varBu gün, 13:26ANAMA-nın əməkdaşı Şuşada minaya düşübBu gün, 13:06Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32
Bütün xəbərlər