Həmsədrlər Ermənistanda səfərdədirlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) Ermənistanda səfərdədirlər.
1news.az erməni mətbuatına istinadla xəbər verir ki, həmsədrlər Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanla görüşüblər.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini, danışıqların irəliyə aparılması imkanlarını müzakirə ediblər.
Mnatsakanyan bildirib ki, Ermənistan münaqişənin ATƏT Minsk qrupu çərçivəsində yalnız sülh yolu ilə nizamlanmasına sadiqdir.
P.Sultanova
379