DÇ-2018: Uruqvay Misirə məğlub oldu | 1news.az | Xəbərlər
İdman

DÇ-2018: Uruqvay Misirə məğlub oldu

18:26 - 15 / 06 / 2018
DÇ-2018: Uruqvay Misirə məğlub oldu

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ilk tura yekun vurulub.

1news.az-ın verdiyi xəbərə görə, Yekaterinburq şəhərinin mərkəzi arenasında keçirilən qarşılaşmada Uruqvay və Misir yığması üz-üzə gəlib.

Matç Cənubi Amerika təmsilçisinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda yeganə qolu 89-cu dəqiqədə Xose Ximenes vurub.

Xatırladaq ki, bu qrupun ötən gün keçirilən digər qarşılaşmasında isə Rusiya Səudiyyə Ərəbistanını 5:0 hesabı ilə məğlub etmişdi.

S.Xankişiyeva

 

Paylaş:
595

Son xəbərlər

Bütün xəbərlər