ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

11:49 - 18 / 06 / 2018
ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana səfər edəcək

ATƏT yanında 25 daimi nümayəndədən ibarət heyət Azərbaycana gələcək.

1news.az-ın məlumatına görə, səfər Cənubi Qafqaza səfər çərçivəsində gerçəkləşəcək.

İyunun 18-dən 22-dək davam edəcək səfər Ermənistandan başlayacaq. Nümayəndə heyəti daha sonra Gürcüstana səfər edəcək. Qrupun sonuncu səfəri Azərbaycana olacaq. 

Hər 3 ölkədə səfirlər ölkə rəhbərlikləri, parlament nümayəndələri və vətəndaş cəmiyyəti üzvləri ilə görüşəcəklər. Bildirilir ki, səfərin məqsədi səfirlərin ATƏT öhdəlikləri və prinsiplərinə uyğun olaraq stabillik, sülh və rifaha dəstəklərini nümayiş etdirməsidir. 

1news.az

Paylaş:
415

Son xəbərlər

Bütün xəbərlər