Azərbaycan yeni hərbi helikopterlər əldə edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan yeni hərbi helikopterlər əldə edib

14:34 - 20 / 06 / 2018
Azərbaycan yeni hərbi helikopterlər əldə edib

Azərbaycan döyüş meydanında olmadan da düşmən hədəflərini məhv etməyə qadir olan helikopterlər əldə edib.

1news.az-ın Oxu.Az-a istinadla verdiyi xəbərə görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat konfransında bildirib.

“Azərbaycan döyüş meydanında olmadan düşmən hədəflərini məhv edən helikopterlər alıb. Bu helikopterlər 10-50 km məsafədən vura bilmək imkanına malikdir”,- deyə müdafiə naziri bildirib.

Onun sözlərinə görə, 26 iyunda keçiriləcək hərbi paradda ən müasir texnologiya və silahlar nümayiş olunacaq.

“Bizim nümayiş olunmayacaq silahlarımız da var. Çünki həmin silahlar hələlik sınaqdan keçirilməyib”, - deyə o əlavə edib.

S.Xankişiyeva

Paylaş:
498

Son xəbərlər

Bütün xəbərlər