Sabah buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı

10:10 - 20 / 06 / 2018
Sabah buraxılış imtahanı verəcək şagirdlərin sayı açıqlandı

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 21-də Bakı, Şirvan şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirəcək.

1news.az-a DİM-dən verilən məlumata görə, həmin gün ümumilikdə 64800 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 37029, XI sinif üzrə 27771).

Bu imtahanda iştirak edəcək şagirdlər “İmtahana buraxılış vərəqəsi”ni internet vasitəsilə çap edib götürə bilirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Yaddaş kitabçası”ndan çıxarış da təqdim olunur. Burada şagirdlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- “İmtahana buraxılış vərəqəsi”;

- şəxsiyyəti təsdiq edən sənədin əslini:

a)Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b)əcnəbilər şəxsi pasportları və  icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və  icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

-Şəxsiyyət vəsiqəsində şəkli olmayan şagirdlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.

İmtahanda 37029 nəfər (Bakıda 32652, Şirvanda 882, Naxçıvan Muxtar Respublikasında 3495) 9-cu sinif şagirdinin iştirakı nəzərdə tutulur.

XI sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 80 imtahan binası ayrılıb.

İmtahanda 27771 nəfər (Bakıda 23978, Şirvan 776, Naxçıvan Muxtar Respublikasında 3017) 11-ci sinif şagirdinin iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına, ümumilikdə 241 imtahan rəhbəri, 2939 nəzarətçi-müəllim ayrılıb. İmtahan keçiriləcək şəhərlərdə imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə bu gün DİM əməkdaşlarının iştirakı ilə baxış keçiriləcək və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarına mühafizə üçün təhvil veriləcək/

S.Xankişiyeva

 

Paylaş:
789

Son xəbərlər

Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdürBu gün, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunurBu gün, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edirBu gün, 12:25Bazar gününün hava proqnozuBu gün, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıbBu gün, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıbBu gün, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıbBu gün, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçiribBu gün, 11:03Saray qəsəbəsində hərbi sursatlar aşkar edilib - FOTO - VİDEOBu gün, 10:57Agro Dairy şirkətinin sponsorluğu ilə “Dəyişən İqlimdə Davamlı Qida Təhlükəsizliyi” Mövzusunda IAOM Avrasiya Konfransı və Sərgisi baş tutdu - FOTOBu gün, 10:52Kamaləddin Qafarov: “Ölkənin xarici borcunun azalması iqtisadiyyatın dinamik inkişafının göstəricisidir”Bu gün, 10:43Havanın temperaturu iqlim normasından yuxarı olub - FAKTİKİ HAVABu gün, 10:26Ziya Bünyadov prospektində hərəkətə qoyulan məhdudiyyət aradan qaldırılıbBu gün, 10:14“Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTO27 / 09 / 2024, 20:54MEDİA-da Anım Gününə həsr olunan tədbir keçirilib, inşası davam etdirilən Zəfər parkı ziyarət edilib27 / 09 / 2024, 17:52Bakıda 5 müntəzəm avtobus marşrutunun hərəkət istiqaməti dəyişdiriləcək27 / 09 / 2024, 17:49Milli Qəhrəman Gültəkin Əskərovanın qızı ilk dəfə onun şəhid olduğu yerdə - VİDEO27 / 09 / 2024, 17:42Nəsimi rayonunun bəzi küçələrində işıq kəsiləcək - SİYAHI27 / 09 / 2024, 17:19DİN qanunsuz odlu silahlarla bağlı vətəndaşlara müraciət edib - VİDEO27 / 09 / 2024, 17:03Nazirlərin oktyabrda qəbul cədvəli açıqlanıb27 / 09 / 2024, 16:31
Bütün xəbərlər