Elmar Məmmədyarov Belarusa səfərə gedib | 1news.az | Xəbərlər
Siyasət

Elmar Məmmədyarov Belarusa səfərə gedib

10:51 - 21 / 06 / 2018
Elmar Məmmədyarov Belarusa səfərə gedib

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Belarusun paytaxtı Minsk şəhərinə yola düşüb.

XİN-dən 1news.az-a verilən məlumata görə, nazir 21-22 iyun tarixlərində Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Tədbir çərçivəsində nazir E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

1news.az

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər