Günvurma ilə bağlı təcili yardıma 14 nəfər müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Günvurma ilə bağlı təcili yardıma 14 nəfər müraciət edib

15:48 - 27 / 06 / 2018
Günvurma ilə bağlı təcili yardıma 14 nəfər müraciət edib

Bu günə kimi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına günvurma ilə bağlı 14 nəfər müraciət edib.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bunu Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev deyib.

Baş həkim qeyd edib ki, günvurma diaqnozu ilə müraciət edənlərin hər birinə yerindəcə ilkin tibbi yardım göstərilib.

S.Xankişiyeva

Paylaş:
544

Son xəbərlər

Bütün xəbərlər