Qətərin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Xarici işlər naziri Elmar Məmmədyarov Qətərin Azərbaycandakı səfirini qəbul edib.
Xarici İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, E.Məmmədyarov Qətərin Azərbaycandakı səfiri Yusif bin Həsən Yusif əl-Saini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
E.Məmmədyarov səfirə gələcək diplomatik fəaliyyətində uğurlar arzu edib.
1news.az
452