Yaponiya XİN rəhbəri Azərbaycana səfər etməyi planlaşdırır

Yaponiyanın xarici işlər naziri Taro Kono Avstraliya, Gürcütan, Azərbaycan, Ermənistan və Polşaya səfər etməyi planlaşdırır.
1news.az TASS-a istinadla xəbər verir ki, nazirin uzunmüddətli xarici səfərlərinin iyulun 4-ü başlanması nəzərdə tutulub.
Agentliyin məlumatına əsasən, ABŞ dövlət katibi Mayk Pompeonun KXDR-ya səfərindən sonra iyulun əvvəllərində Yaponiyaya səfər edəcəyi məlum olduqdan sonra xarici işlər nazirinin turnesinin qrafikində dəyişikliklər ediləcək.
1news.az
515