Dmitriy Savelyev: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır | 1news.az | Xəbərlər
Siyasət

Dmitriy Savelyev: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır

13:22 - 03 / 07 / 2018
Dmitriy Savelyev: Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır

Dağlıq Qarabağ və ona bitişik 7 rayon Azərbaycana qaytarılmalıdır.

Bu barədə Cocuq Mərcanlı kəndində  keçirilən “Azərbaycan Qafqazda Rusiyanın yeganə müttəfiqidir” adlı konfransda çıxışı zamanı Rusiya Dövlət Duması komitəsinin sədr müavini Dmitriy Savelyev deyib.

Onun sözlərinə görə, son dövrlər Cənubi Qafqazda, xüsusən də Ermənistanda baş verən hadisələrə diqqət yetirdikdə, Azərbaycanın mövqeyi Rusiya üçün ikiqat qiymətlidir. O bildirib ki, işğal etdiyi torpaqları qaytaracağı təqdirdə Azərbaycan Ermənistanın iqtisadi həyatında aktiv rol oynaya bilər.

“Tezliklə münaqişənin həlli üçün Rusiyanın mövqeyi ATƏT-in Minsk qrupunda da aktiv olmalıdır”- deyən D.Savelyev Azərbaycanın Cənubi Qafqazda Rusiyanın etibarlı tərəfdaşı olduğunu vurğulayıb:

“Rusiya Azərbaycana böyük miqdarda silah-sursat verib. Çünki bilir ki, bu silahlar ona qarşı yönəlməyəcək”.

Tədbirin təşkilatçıları Beynəlxalq Avrasiya Hərəkatı, Qarabağın Azərbaycanlı İcması, Azərbaycan Rusiya Federasiyası, İzborsk Klubudur.

Qeyd edək ki, Moskvada 2017-ci ilin sentyabrında “Moskva-Bakı oxu: Qafqazın yeni geosiyasətinə doğru” adlı konfrans keçirilib.

1news.az

Paylaş:
519

Son xəbərlər

Bütün xəbərlər