Fikrət Sadıxov: Sabah ermənilər Qarabağa qadın batalyonu yerləşdirərsə, bundan təəccüblənmərəm | 1news.az | Xəbərlər
Siyasət

Fikrət Sadıxov: Sabah ermənilər Qarabağa qadın batalyonu yerləşdirərsə, bundan təəccüblənmərəm

17:28 - 03 / 07 / 2018
Fikrət Sadıxov: Sabah ermənilər Qarabağa qadın batalyonu yerləşdirərsə, bundan təəccüblənmərəm

Ermənistan hökumətinin daxili qoşunların xidmət göstərməsi üçün sərhəd əraziyə göndərilməsi qərarı bir daha sübut edir ki, bu ölkənin siyasi rəhbərliyi təlaş içindədir.

Bu haqda 1news.az-a politoloq, Qərb-Xəzər Universitetinin professoru Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan rəhbərliyi Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “respublikanın” müdafiəsi üçün bütün güclərini səfərbər ediblər.   

“Mahiyyət etibarilə bu, qeyri-hüquqi aktdır. Belə ki, Dağlıq Qarabağın Ermənistana heç bir aiddiyatı yoxdur. Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin ilk cəhdi uğursuzluqla nəticələndi. İndi də oraya daxili qoşun yeridirlər. Sabah ermənilər qadın batalyonu yaradaraq Qarabağa göndərsələr, bundan təəccüblənmərəm”.

Ekspertin sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Dağlıq Qarabağın və separatçı rejimin müdafiəsi cəhdi əsaslandırılmamış və axmaq qərardır:

“Daxili qoşunlar separatçı rejimi Dağlıq Qarabağın mümkün azad olunmasından müdafiə edə bilməyəcəklər. Azərbaycanın müasir hərbi potensialına qarşı ermənilərin daxili qoşunlarının qarşıdurması sadəcə axmaqlıdır. Bu, Ermənistanın rəsmi şəxslərinin düşüncəsinin primitivliyinin göstəricisidir”.

Onun sözlərinə görə, Ermənistan hökumətinin bu cür qərar qəbul etməsinə səbəb ölkənin bügünkü vəziyyəti məcbur edib:

“Ermənistandakı əsgər anaları tərəfindən kifayət qədər etirazlar var. Bütün bunlar yeni Ermənistan rəhbərliyinin hansısa uyğun variant axmasına, ölkədə yaranmış problemi aradan qaldırmağa çalışmasından irəli”.

Digər tərəfdən də Dağlıq Qarabağa Yerevanın daxili qoşun yetirməsi bir da sübut edir ki, bu, Azərbaycanın işğal olunmuş ərazisidir. Belə ki, bununla Ermənistanın rəsmi şəxsləri Dağlıq Qarabağın “öz-özünə yaranmış” ərazi olması bəyanatlarının əksinə gedirlər”.

Xatırladaq ki, “Sputnik Armenia”nın “Qraparak” qəzetinə istinadla verdiyi məlumata görə, Ermənistan hökuməti polis daxili qoşunlarını xidmət göstərməsi üçün sərhəd əraziyə göndərilməsi  abğlı qərar verib.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
972

Son xəbərlər

Bütün xəbərlər