XİN: Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir

10:09 - 06 / 07 / 2018
XİN: Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir

Təəssüflə qeyd etməliyik ki, Ermənistan Xarici İşlər Nazirliyinin son bəyanatları Ermənistan-Azərbaycan münaqişənin həlli və regionun inkişafı ilə əlaqədar hər hansı konstruktiv baxış ortaya qoymur.

Serj Sarkisyan erasını xatırladan bəyanatlarla çıxış edən Ermənistan Xarici İşlər Nazirliyi gələcəyə baxış olmadan qonşu dövlətlərə qarşı yalnız əsassız iddialarla çıxış edir”.

1news.az-ın verdiyi xəbərə görə, bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin Brüsseldə dərc edilən və Avropanın ictimai-siyasi dairələrində geniş oxucu kütləsi olan “Euractive” jurnalında dərc olunan məqaləsində deyib.

“Ermənistan-Azərbaycan münaqişəsi: Davalı sülh və əbədi müharibə arasında” başlıqlı məqaləsində Ermənistan tərəfinin bütün vasitələrlə münaqişənin fundamental əsasını təşkil edən işğal və hərbi təcavüz məsələsinin üstündən keçməyə cəhd etdiyini yazan H.Hacıyev Ermənistan gücdən istifadə edərək Azərbaycanın Dağlıq Qarabağ və ətraf yeddi rayonunu işğal etdiyini diqqətə çatdırır.

XİN rəsmisi işğal edilmiş ərazilərdə bir milyondan artıq mülki Azərbaycan əhalisinin qanlı etnik təmizləməyə məruz qaldığını və dənizə çıxışı olmayan və dağlıq relyefə malik kiçik ölkə kimi Ermənistanın hamıdan çox qonşu dövlətlərlə inteqrasiyaya ehtiyacı olduğunu bildirib:

“Ermənistanda labüd hakimiyyət böhranı baş verəndə Azərbaycan açıqlama ilə çıxış edərək bildirdi ki, yeni hakimiyyət sağlam təfəkkürlü siyasət yürüdərsə, münaqişənin həllində irəliləyiş əldə etmək olar. Amma indiyə qədər görünən odur ki, Ermənistanın yeni hakimiyyəti əvvəlki rejimin səhvlərini təkrar etməyə meyillidir”.

H.Hacıyevin sözlərinə görə, Ermənistan rəhbərliyi başa düşməlidir ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ya ərazi əldə edilməsi cəhdləri qəbuledilməzdir:

“Ermənistanın işğala əsaslanan mövcud status-kvonu saxlamaq və Azərbaycan ərazilərinin ilhaq etmək cəhdləri heç zaman gözlənilən nəticəni verə bilməz və heç zaman legitim hesab oluna bilməz”.

XİN rəsmisi əlavə edib ki, işğalın davam etdirilməsi Ermənistanın geosiyasi və geoiqtisadi tənəzzülünü daha da dərinləşdirəcək:

“Ermənistanın yeni rəhbərliyi qanunun aliliyi və insan hüquqlarına hörmət etdiyini iddia edirsə, onda Ermənistanın beynəlxalq hüquqi öhdəliklərinə əsl sadiqliyini əməldə nümayiş etdirməlidir. Bu mənada BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı, Azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasının qarşını almağı dayandırmalı və qonşularla sivil münasibətlər qurmalıdır”.

XİN mətbuat xidmətinin rəhbəri yazıb ki, münaqişənin mərhələli həlli ilə əlaqədar real yol xəritəsi hər kəsə, o cümlədən Ermənistana çox yaxşı bəllidir və bir qədər də illüstrativ olaraq bunu “De-occupation, De-militarization, Demining, Deployment, Dialogue, Development” elementlərindən ibarət 6D proqramı adlandırmaq olardı.

  1. De-occupation (işğaldan azad etmə) – ilkin olaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılması;
  2. Demilitarization (demilitarizasiya) – hərbçilərin geri çəkilməsi və hərbi risk amilinin aradan qaldırılması;
  3. Demining (minalardan təmizləmə) – post-konflikt reabilitasiya kimi işğaldan azad olunmuş ərazilərin minalardan və partlayıcılardan təmizlənməsi, bu ərazilərdə zəruri infrastrukturun qurulması və əsas sosial xidmətlərin təmin olunması;
  4. Deployment (yerləşdirmə) – Azərbaycanlı məcburi köçkünlərin şərəf və ləyaqətlə və təhlükəsiz şəkildə öz doğma evlərinə qayıtması;
  5. Dialogue (dialoq) – Etimad və etnik barışıq məqsədilə Ermənistan və Azərbaycan, o cümlədən Azərbaycanın Dağlıq Qarabağ regionunun erməni və azərbaycanlı icmaları arasında dialoqun qurulması;
  6. Development (inkişaf) – bu biri digərini tamamlayan və mərhələli addımlar regionun hərtərəfli inkişafına, Ermənistanın regional proseslərə inteqrasiyasına və davamlı sülh və təhlükəsizliyin təmin olunmasına xidmət edə bilər. Qısaca olaraq desək bu hər kəs üçün uduşlu bir ssenaridir.

Ermənistan-Azərbaycan münaqişəsi kimi mürəkkəb məsələnin bir paketdə həll edilməsinin qeyri-mümkünlüyü yazan H.Hacıyev sülh quruculuğu üçün edilməsi mümkün olan məsələlərin həyata keçirilməsinə dərhal başlanılmalı olduğunu diqqətə çatdırıb və alternativ isə əbədi qarşıdurma və müharibə olduğunu qeyd edib.

Məqalənin sonunda H.Hacıyev indi seçimin Ermənistan tərəfində olduğunu və onların hansı yolu seçəcəklərini görəcəyimizi yazıb.

S.Xankişiyeva

 

Paylaş:
497

Son xəbərlər

“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!Bu gün, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdiBu gün, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndiBu gün, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıbBu gün, 17:20Neft Daşlarında dalğanın hündürlüyü 2.3 metr olub - FAKTİKİ HAVABu gün, 17:09“İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Birinci Turoperatorlar Forumu”nun yekun bəyanatı imzalanıbBu gün, 17:00Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək? - XƏBƏRDARLIQBu gün, 16:52“Biznes Mərkəzi Klubu”nun açılış mərasimi - FOTO - VİDEOBu gün, 16:4966 dərman vasitəsinin qiymətinin yuxarı həddi təsdiq edilibBu gün, 16:41Suqovuşan su anbarına balıq körpələri buraxılıbBu gün, 16:38Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdirilibBu gün, 16:34Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub - YENİLƏNİBBu gün, 16:31Azərbaycan XİN Böyük Britaniya səfirinə cavab veribBu gün, 16:18Ağdaşda 5 otaqlı ev yanıbBu gün, 16:05Aprel ayı üzrə diplomu tanınmayan məzunların sayı açıqlanıbBu gün, 15:49Azərbaycan hərbçiləri hücum təyyarələri ilə beynəlxalq təlimdə iştirak edəcəklərBu gün, 15:35“PAŞA Holding”in dəstəyi ilə “Qarabağ KOB-ları” proqramı 2024-cü ildə də davam etdiriləcək - FOTOBu gün, 15:25“GSMA M360 Eurasia 2024” Bakıda beynəlxalq sənaye liderlərini bir araya gətirəcəkBu gün, 15:23Bakıda fəaliyyət göstərən çörək istehsalı müəssisəsində nöqsanlar aşkarlanıbBu gün, 15:22FHN əməliyyat görüntüləri yayıb - VİDEOBu gün, 15:07
Bütün xəbərlər