XİN əməkdaşları cəbhə bölgəsinə səfər ediblər | 1news.az | Xəbərlər
Siyasət

XİN əməkdaşları cəbhə bölgəsinə səfər ediblər

09:23 - 09 / 07 / 2018
XİN əməkdaşları cəbhə bölgəsinə səfər ediblər

Bu gün 9 iyul Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin (XİN) 50 nəfərə yaxın əməkdaşı qoşunların təmas xəttindəki vəziyyət, ön xətdə xidmət edən əsgər və zabitlər, habelə həmin əraziyə yaxın yaşayan yerli sakinlərin gündəlik həyat şəraiti ilə yerində yaxından tanış olmaq üçün Tərtər rayonuna səfər ediblər.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin 1news.az-a verdiyi məlumata görə, bu səfər həm də Tərtər rayonunun tərkibinə daxil edilən Ağdərə rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümünə təsadüf edib.

Səfər çərçivəsində XİN əməkdaşları Şıxarx kəndində məcburi köçkünlər üçün yeni tikilmiş qəsəbə, ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə tikilmiş və sonradan ermənilər tərəfindən dağıdılmış "Marağa-150" abidəsinə baş çəkiblər. Sonra XİN əməkdaşları Tərtərin Qapanlı kəndində olublar. 2016-cı ilin aprel döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən kəndin mülki sakinləri və onları evləri ağır silahlardan atəşə tutulub. Dövlət başçısının tapşırığı ilə dağıntıya məruz qalmış evlər bərpa və təmir edilərək öz sahiblərinə təhvil verilib. XİN əməkdaşları Qapanlı kəndində yaşayan və 4 ildir ki Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülən Dilqəm Əsgərovun anasının evini ziyarət ediblər.

Daha sonra XİN əməkdaşları ön xəttə gedib, əməliyyat şəraiti ilə tanış olub və xidmət göstərən əsgərlərlə söhbət ediblər. Müdafiə nazirliyinin ərazidə yerləşən N saylı hərbi hissəsinə baş çəkib əsgərlərlə birlikdə nahar ediblər. H. Hacıyev deyib ki, səfər əsnasında əldə edilən əyani məlumatlar diplomatlarımız tərəfindən gələcək fəaliyyətlərində istifadə olunacaq.

S.Xankişiyeva

 

 

 

Paylaş:
334

Son xəbərlər

Birbank taksit kartı ilə ilk alış-verişdə 10% keşbek qazanınBu gün, 13:48Bakıda mağazalardan 200-ə yaxın kəsici-deşici alət götürülübBu gün, 13:35“COP29 - “Yaşıl maarifləndirmə”də medianın rolu” mövzusunda iki günlük təlim başa çatıbBu gün, 13:33Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilibBu gün, 13:27İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun müftilərini qəbul edibBu gün, 13:24Ötən ay Azərbaycan sərhədini pozan 26 nəfər saxlanılıbBu gün, 13:11Sabah külək olacaq, dolu düşəcək - ProqnozBu gün, 12:51Ağacların qanunsuz kəsilməsinə görə təbiətə 57 min manatdan çox ziyan vurulubBu gün, 12:11Prezident TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib - FOTOBu gün, 12:10İlham Əliyev VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib - YENİLƏNİB 1Bu gün, 12:08AMB sədri 2024-cü ildə neftin proqnozlaşdırılan orta qiymətini açıqladıBu gün, 12:012024-cü ilin sonu üçün Azərbaycanda iqtisadi artım nə qədər proqnozlaşdırılır? - AMB sədri açıqladıBu gün, 11:47Taleh Kazımov: “Kredit faizləri artmayıb”Bu gün, 11:46İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidirBu gün, 11:32AMB sədri bu ilin sonuna proqnozlaşdırılan əməliyyatlar balansını açıqladıBu gün, 11:24Yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayıb - YENİLƏNİBBu gün, 11:06Azərbaycan Prezidenti: Biz çoxtərəfliliyə qəti şəkildə sadiqikBu gün, 10:53Prezident: Azərbaycanda mədəniyyətlərarası dialoq hər zaman müsbət olubBu gün, 10:46Prezident: Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkan olubBu gün, 10:35“McDonald's Azərbaycan” internat məktəblərinin şagirdləri ilə birlikdə ağacəkmə aksiyası keçirib – FOTOBu gün, 10:15
Bütün xəbərlər