SAM-ın ingilis dilində yayımlanan beynəlxalq nəşrinin yeni sayı çıxıb

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) ingilis dilində yayımlanan beynəlxalq nəşri “Caucasus International” (CI) jurnalının yeni sayı nəşr edilib.
1news.az-ın verdiyi xəbərə görə, jurnalın “Qafqazda və Dünyada Nüvə Təhlükəsizliyi” (“Nuclear Security in the Caucasus and in the World”) mövzusundakı növbəti sayı Cənubi Qafqaz regionundakı nüvə təhdidlərinə, dünyanın nüvə güclərinin dəyişən nüvə strategiyalarına və bu tendensiyaların Cənubi Qafqazın regional təhlükəsizliyinə mümkün təsirlərinin araşdırılmasına həsr olunub.
Regional təhlükəsizliyin nüvə aspektlərini təhlil edən müəlliflər nüvə məsələlərinin region ölkələrinin beynəlxalq/regional iştirakçılar ilə olan ikitərəfli əlaqələrinə təsirinə dair fikirlərini oxucularla bölüşür.
Jurnalda Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının regional təhlükəsizliyə qarşı təhdid təşkil etməsi, Avropa İttifaqının Metsamor ilə bağlı siyasəti və Rusiya-Ermənistan münasibətlərində Metsamorun rolu ilə bağlı məqalələr yer alıb. Bundan başqa, jurnalda əskini tapan digər məqalələrin əsas təqdiqat obyektini ABŞ və İran arasındakı nüvə sazişi ilə bağlı meydana gələn gərginlik kontektində qlobal ictimaiyyətin məsələyə dair münasibəti və Avropa İttifaqının İranın nüvə sazişi ilə bağlı mövqeyi təşkil edib. Bununla yanaşı, jurnalda nüvə sazişi sonrası Azərbaycan və İran arasındakı əlaqələrin inkişaf dinamikasına dair müxtəlif məqalələr də əksini tapıb.
Jurnalın PDF formatdakı məqalələrini qeyd edilən linkdən ödənişsiz şəkildə əldə eldə edə bilərsiniz: http://cijournal.az/category/new-issue
Jurnalın əvvəlki saylarına isə http://cijournal.az/category/archives ünvanından daxil ola bilərsiniz.
Jurnalın növbəti sayı "Avrasiyada Əlaqəlilik: Cənubi Qafqaz Regionu üzrə Təsirlər"
Qeyd: “Caucasus International” jurnalı 2012-ci ildən etibarən Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən nəşr edilir.
S.Xankişiyeva