Elman Nəsirov: Dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar | 1news.az | Xəbərlər
Siyasət

Elman Nəsirov: Dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar

10:26 - 11 / 07 / 2018
Elman Nəsirov: Dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar

Keçən 6 ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib, dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar. Azərbaycanın müstəqil xarici siyasət kursu dünya tərəfindən qəbul edilir.

Bunu 1news.az-a açıqlamasında millət vəkili Elman Nəsirov Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib:

“Dövlət başçısı ilk növbədə ona diqqət yetirdi ki, aprel ayında ölkəmizdə keçirilən prezident seçkiləri əhalinin siyasi iradəsinin ifadəsi olmaqla çox şəffaf, ədalətli, demokrat bir seçkilər keçirildi. Xüsusilə də bir çox ölkələrin, xüsuslə də aparıcı dövlətlərin rəhbərlərinin təbrik məktubları bir daha onu göstərdi ki, Azərbaycanda gedən demokratik proseslər dünya dövlətləri tərəfindən yüksək qiymətləndirilir. Cənab prezident çıxışında xarici siyasət məsələləri ətrafında xüsusi dayandı. Dövlət başçısının da dediyi kimi, keçən 6 ay ərzində Azərbaycanın beynəlxalq mövqeləri güclənib, dünyada ölkəmizə etibarlı tərəfdaş kimi yanaşırlar və Azərbaycanın müstəqil xarici siyasət kursu dünya tərəfindən qəbul edilir. Bu kurs isə ilk növbədə bərabər hüquqa, qarşılıqlı əməkdaşlığa, bir-birinin işlərinə qarışmamaq prinsiplərinə söykənir”.

Elman Nəsirov ölkəmizin həm qonşu dövlətlər, həm də İslam dövlətləri ilə yüksək əlaqələrə malik olduğunu qeyd edib:

“Qonşu dövlətlərlə münasibətlər ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Son 6 ay ərzində həmin dövlətlərin rəhbərləri, dövlət və hökumət başçıları ilə bir neçə dəfə  görüşlər keçirilib və belə görüşlər bundan sonra da keçiriləcək.

Dövlət başçısı eyni zamanda müsəlman ölkələri ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirdi və vurğuladı ki, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edildi və bu il çərçivəsində çoxsaylı tədbirlər keçirildi. Eyni zamanda 2018-ci ildə Naxçıvan İslam mədəniyyətinin paytaxtı şəhəri seçilib. Bu da Azərbaycanın müsəlman aləmində çox böyük hörmətə malik olduğunu göstərir”.

Millət vəkili ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin yüksək səviyyədə olmasına da diqqət çəkərək bildirib ki, Prezident İlham Əliyevin çıxışında sözügedən qurumla yeni  saziş üzərində iş aparıldığını diqqətə çatdırıb:

“Dövlət başçısı bu sazişin perspektivlərindən də danışaraq Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsi ilə Azərbaycanın strateji tərəfdaşlıq münasibətlərinin olduğunu xüsusi vurğuladı. Qeyd etdi ki, bu da Azərbaycanın Avropa üçün strateji əhəmiyyət daşıyan ölkə olduğunu göstərir”.

Elman Nəsirov Prezidentin çıxışında ABŞ-la münasibətlərə toxunmasına da diqqət çəkərək bildirib ki, ABŞ prezidenti Donald Trampın iki ay ərzində Azərbaycan prezidentinə üç məktub göndərməsi bu dövlətin, onun rəhbərliyinin ölkəmizə verdiyi önəmdən xəbər verir:

“Prezident İlham Əliyev son 6 ayda xarici siyasət məsələlərindən danışarkən ABŞ-la münasibətlərə də xüsusi diqqət ayırdı və qeyd etdi ki, ölkələrimiz arasında münasibətlər elə bir yüksək səviyyədədir ki, bu Amerika-Azərbaycan əlaqələri öz əsl mahiyyətini əks etdirir. Bir fakt xüsusi qeyd olundu ki, tək aprel-may aylarında ABŞ prezidenti Donald Tramp Azərbaycan prezidentinə üç məktub göndərib. Seçkilərlə, ondan sonra Xalq Cümhuriyyətinin 100 illiyi və Cənub Qaz Dəhlizinin rəsmi açılışı ilə bağlı göndərilən məktublar Amerika hökumətinin Azərbaycana olan münasibətini, hörmətini göstərir”.

Elman Nəsirov ölkəmizin gələn il Qoşulmama Hərəkatı kimi nüfuzlu bir təşkilata sədrlik etməsinin əlamətdar hadisə olmasını da xüsusi qeyd edib:

“Cənab prezident çıxışında bu il Bakıda üzvlərinin sayına görə dünyanın ikinci böyük təşkilatının – Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin konfransının keçirildiyini də xatırladaraq gələn ildən Azərbaycanın bu böyük mötəbər təşkilata sədrlik edəcəyini diqqətə çatdırdı. Onu da deyim ki, 120 dövlətin üzv olduğu və BMT-dən sonra ən nüfuzlu təşkilat hesab olunan bu təşkilat dəfələrlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini müdafiə edən sənədlər qəbul edib”.

Millət vəkili dövlət başçısının Ermənistandakı vəziyyət, xüsusən də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərin çox böyük əhəmiyyət kəsb etdiyini də qeyd edib:

“Prezident İlham Əliyev çıxışında Ermənistandakı vəziyyətə də toxundu. Bildirdi ki, erməni xalqı 20 il ərzində hakimiyyətdə olan kriminal, korrupsioner, qaniçən, oğru, yalançı hakimiyyətə son qoydu. Bu gün biabırcasına hakimiyyətdən qovulmuş Sarkisyan rejimi, əslində, Ermənistanın dövlətçiliyinin iflasıdır. Çünki əgər müstəqilliyinin 26 ilində, onun 20 ili bu hakimiyyət altında keçmişdisə, onda bu dövlətin hansı müsbət cəhətləri var?! Ermənistan uğursuz dövlətdir. Ermənistan dövlətçiliyi iflasa uğrayıb.

Dövlət başçısı Ermənistandakı rejimin, hakimiyyətin iflasında Azərbaycanın da rolunun olduğunu bildirdi. Qeyd etdi ki, ölkəmizin apardığı siyasət nəticəsində Ermənistan onlara gəlir gətirə biləcək bütün layihələrdən məhrum edildi. Bu siyasət nəticəsində Ermənistan iqtisadi iflasa uğradı.

Eyni zamanda Aprel döyüşləri Ermənistana elə böyük zərbə vurdu ki, iki ildən sonra ona rəhbərlik edən rejim siyasi səhnədən getməli oldu. Həmin döyüşlərdə böyük zəfər qazanan Ordumuz bu ilin may ayında Naxçıvanda da böyük bir ərazini düşmən işğalından azad etdi. Bu gün Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasındadır. İyunun 26-da keçirilən hərbi paradda bir daha bunun şahidi olduq. Ordumuzun gücünün, qüdrətinin artması Ermənistanı narahat etməyə blməz. Ermənilər hələ də Aprel döyüşlərinin təsiri altında, qorxu içindədilər. Cənab prezidentin də dediyi kimi onlar üçün yeganə çıxış yolu odur ki, işğala son qoysunlar. Əks halda son sözü Azərbaycan Ordusu deyəcək”.

1news.az

Paylaş:
503

Son xəbərlər

Sevinc Fətəliyeva: Bu gün dünyada gedən mürəkkəb proseslər fonunda müxtəlif xalqlar və dövlətlər arasında dialoqun qurulması üçün çox önəmlidir02 / 05 / 2024, 19:51Heydər Əsədov yenidən rektor təyin edilib - Prezidentdən SƏRƏNCAM02 / 05 / 2024, 17:51Həftəsonu Bakı-Ağstafa-Bakı istiqamətində əlavə reyslər təyin edildi02 / 05 / 2024, 17:50Azərbaycanda yeni domen adlarında yerli əlifbadan istifadə ediləcək02 / 05 / 2024, 17:43“Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır02 / 05 / 2024, 17:32Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib02 / 05 / 2024, 17:28Faktiki hava: Dənizdə dalğanın hündürlüyü 2.4 metr olub02 / 05 / 2024, 17:21Ramin Məmmədov deputat mandatından məhrum edildi02 / 05 / 2024, 17:15Əfv Məsələləri Komissiyasının bu gün keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb - YENİLƏNİB02 / 05 / 2024, 17:10Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanılıb02 / 05 / 2024, 17:03Azərbaycanda parlament seçkilərinə hazırlıqla bağlı tapşırıq verilib02 / 05 / 2024, 16:45Məzahir Pənahov parlament seçkilərinin seçiləcəyi vaxtla bağlı açıqlama verdi02 / 05 / 2024, 16:36İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu ünvanlayıb02 / 05 / 2024, 16:17İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək - SƏRƏNCAM02 / 05 / 2024, 16:07Ağcəbədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb02 / 05 / 2024, 15:43“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq02 / 05 / 2024, 15:24Prezident: Artıq son yeddi ildə Azərbaycanda quraqlıq müşahidə olunub02 / 05 / 2024, 15:17Dünya dini liderlərinin Şuşa Bəyannaməsi qəbul edilib02 / 05 / 2024, 15:15Qanunsuz balıq ovu edənlər saxlanılıb02 / 05 / 2024, 15:08Bazar günü 12 min şagird imtahan verəcək02 / 05 / 2024, 14:59
Bütün xəbərlər