Gəncə sakinləri baş verən təxribat xarakterli əməlləri qətiyyətlə pisləyirlər – FOTO | 1news.az | Xəbərlər
Siyasət

Gəncə sakinləri baş verən təxribat xarakterli əməlləri qətiyyətlə pisləyirlər – FOTO

14:35 - 12 / 07 / 2018
Gəncə sakinləri baş verən təxribat xarakterli əməlləri qətiyyətlə pisləyirlər – FOTO

Gəncə sakinləri son günlər şəhərdə baş verən cinayət əməllərini, onların icraedicilərini qətiyyətlə pisləyir, cinayətkarların hamısının tezliklə tapılıb layiqli cəzalarını almalarını istəyirlər.

Daim Prezidentin ətrafında sıx birləşən gəncəlilərin ümumi fikri budur ki, şəhərdə baş verən iğtişaş ölkəmizdə sabitliyin pozulmasını istəyən qüvvələrin, eləcə də xaricdən idarə olunan bir qrup təxribatçının atdıqları addımların nəticəsidir.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, Gəncə sakinləri ilə son günlər şəhərdə baş verən hadisələr barədə onların fikirlərini öyrənib.

Orxan Məmmədov: İyulun 10-da Gəncədə baş verən hadisədən də göründüyü kimi, bir qrup şəxs şəhərimizdə sabitliyi, asayişi pozmağa cəhd göstərmişdi. Lakin Azərbaycan polisinin ayıq-sayıqlığı nəticəsində onların planları baş tutmadı. Təəssüf ki, bu təxribatçı əməllərin qarşısının alınması zamanı iki polisimiz şəhid oldu. Bu hadisələr bir daha göstərdi ki, heç bir qüvvə Azərbaycandakı sabitliyi poza bilməz, xalqımız daim Prezidentimizin, dövlətimizin və dövlətçiliyimizin yanındadır. Polisimiz də bir daha ayıq-sayıqlığı ilə nümayiş etdirdi ki, ölkəmizdəki, şəhərimizdəki əmin-amanlığı pozmağa çalışan qüvvələrin qarşısı qətiyyətlə alınacaq. Biz Gəncə gəncləri olaraq, bu cür təxribat əməllərini kəskin qınayırıq.

Gülsüm Fətəliyeva: Xalqını, Vətənini sevməyən radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etdi. Onlar bu qanunsuz əməlləri ilə mənəviyyatlarını göstərdilər. Mən hadisədən bir gün əvvəl şəhid polis zabitimiz İlqar Balakişiyev ilə təsadüfən görüşmüşdüm. O bildirmişdi ki, heç bir narahatlığa ehtiyac yoxdur. Azərbaycan polisi qan tökülməsinə imkan verməcəyək. Təəssüf olsun ki, bütün səylərə baxmayaraq, İlqar müəllim də daxil olmaqla, iki polisimiz şəhid oldu. Gəncə sakinləri bu qəhrəman polislərini izdihamla son mənzilə yola saldı. Qoy mənfur qüvvələr bilsinlər ki, Azərbaycan xalqı öz dövlətini, Prezidentini sevir və onun ətrafında sıx birləşib. Şükürlər olsun ki, hazırda Gəncədə sabitlikdir. Xarici qüvvələrdən pul alıb Vətənini satan xainlərə ar olsun!

Cavid Bağırzadə: Şəhərimizdə baş vermiş təxribat xarakterli hadisələr xarici qüvvələrin Azərbaycanda ictimai-siyasi asayişi pozmaq, Azərbaycanın mövcud inkişafını ləngitmək, ölkədə xaos yaratmaq məqsədindən irəli gələn hadisələrdir. Şübhəsiz ki, dövlət orqanları bu istiqamətdə araşdırma aparırlar və şübhə etmirəm ki, tezliklə bütün məsələlər aydınlaşacaq və ictimaiyyətə məlumat veriləcək. Əminəm ki, bütün günahkarlar, səbəbkarlar istintaqa cəlb olunacaq və layiqli cəzalarını alacaqlar. Bu hadisələr təkcə ölkədə sabitliyin pozulmasına yönəlməyib, eyni zamanda, Azərbaycanın dövlət müstəqilliyinə qarşı yönəlib. Biz müsəlman Şərqində ilk demokratik, parlamentli cümhuriyyət yaratmış xalqıq, bizim zəngin tariximiz var. Biz qədim dövlətçilik tarixinə malik xalqıq. Şübhəsiz ki, Azərbaycanın inkişafını, onun sabitliyini istəməyən qüvvələr məhz dövlətçiliyimizə, müstəqilliyimizə qarşı bu addımı atıblar. Lakin bu məkrli niyyətlər həyata keçmədi, Azərbaycan polisi, xalqımız onun qarşısını qətiyyətlə aldı. Hazırda dövlət strukturlarının səyi nəticəsində şəhərimizdə sabitlik hökm sürür, Gəncə özünün adi günlərindən birini yaşayır.

Pərviz Adıgözəlov: Gördüyünüz kimi, Gəncədə sabitlikdir, insanlar şəhərimizin parklarında dincəlir, istirahət edirlər. Biz gəncəlilər bu sabitliyi, sakitliyi pozmaq istəyənləri lənətləyir və hadisələrin kökünün araşdırılmasını, səbəbkarların tezliklə cəzalandırılmasını istəyirik.

Afaq Qasımova: Biz gəncəlilər son günlərdə şəhərimizdə baş verən təxribat xarakterli əməlləri qətiyyətlə pisləyirik. Hazırda şəhərimizdə gördüyünüz kimi, sabitlik tam təmin olunub. Şəhər ictimaiyyətinin üzvləri kimi, biz də qəhrəman polislərimizlə vida mərasimində iştirak etdik. İstərdik ki, bu hadisələri törədənlər tezliklə layiqli cəzalarını alsınlar.

Xatırladaq ki, iyulun 10-da saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstərib. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanunazidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər.

Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınıb, 40 nəfər tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

S.Xankişiyeva

 

Paylaş:
500

Son xəbərlər

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edirBu gün, 18:05İntensiv yağışlar səbəbindən Qəbələdəki Nohur gölündə suyun səviyyəsi artıb - FOTO - VİDEOBu gün, 17:55Azərbaycanda zəlzələ olubBu gün, 17:34Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilibBu gün, 17:17İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidirBu gün, 16:54Prezident və birinci xanım Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər - YENİLƏNİB 3Bu gün, 16:38Güclü külək əsəcək, yağəş yağacaq - XƏBƏRDARLIQBu gün, 16:30ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyilBu gün, 16:14Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilirBu gün, 15:54ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyirBu gün, 15:41Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedirBu gün, 15:27Bakıda mənzildə meyit tapılıbBu gün, 15:16Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir - PrezidentBu gün, 15:04DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edibBu gün, 15:00Prezident: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidirBu gün, 14:58Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcəkBu gün, 14:44Azərbaycan və Ermənistan XİN başçıları danışıqları davam etdirməyə razılaşıblarBu gün, 14:04Hərbi Hava Qüvvələrinin komandanı Ramiz Tahirov ehtiyata buraxılıbBu gün, 13:56FHN: Ötən sutka 15 yanğına çıxış olub, 7 nəfər xilas edilibBu gün, 13:42Bu gün görkəmli yazıçı Maqsud İbrahimbəyovun doğum günüdürBu gün, 13:25
Bütün xəbərlər