Gəncədə həlak olan polis zabitləri ordenlə təltif edilib | 1news.az | Xəbərlər
Rəsmi

Gəncədə həlak olan polis zabitləri ordenlə təltif edilib

16:17 - 13 / 07 / 2018
Gəncədə həlak olan polis zabitləri ordenlə təltif edilib

Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyinin əməkdaşlarının “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

 “2018-ci il iyulun 10-da Gəncə şəhərində ictimai asayişi kobud şəkildə pozmaq cəhdinin qarşısının alınması zamanı cəsarət və polis andına sonadək sadiqlik nümayiş etdirərək qəhrəmancasına həlak olmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin aşağıdakı əməkdaşları “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər:

İlqar Məmməd oğlu Balakişiyev - polis polkovniki (ölümündən sonra)

Səməd Yunis oğlu Abbasov - polis polkovnik-leytenantı (ölümündən sonra).

S.Xankişiyeva

 

Paylaş:
764

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər