Hikmət Hacıyev: Ermənistan XİN o qədər çarəsiz vəziyyətdədir ki, artıq klounlarla işləməyə başlayıb | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Ermənistan XİN o qədər çarəsiz vəziyyətdədir ki, artıq klounlarla işləməyə başlayıb

17:32 - 16 / 07 / 2018
Hikmət Hacıyev: Ermənistan XİN o qədər çarəsiz vəziyyətdədir ki, artıq klounlarla işləməyə başlayıb

Ermənistan xarici işlər nazirliyi və xüsusi xidmət orqanları o qədər çarəsiz vəziyyətdədirlər ki, artıq klounlarla işləməyə başlayıblar. O ki qaldı hansısa bloggerə, o da deyəsən megalomaniadan əziyyət çəkir.

1news.az-ın verdiyi xəbərə görə, bunu Ermənistan XİN-nin açıqlaması ilə əlaqədar Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:

“Bizim belə qeyri-ciddi işlərlə məşğul olmağa vaxtımız yoxdur. Görünən odur ki, arzuolunmaz şəxslər siyahısı Ermənistana rahatlıq vermir, ciddi psixoloji və praktiki təzyiq altında olduqlarını etiraf edirlər”.

Qeyd edək ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan  erməni mətbuatına verdiyi açıqlamada erməni əsilli belorus blogger Vladislav Mosesovun Azərbaycana səfərindən sonra həyatının təhlükədə olduğunu bildirib:

“Ermənistan XİN erməni əsilli belorus bloggerlə əlaqə saxlayaraq, onun nə dərəcədə təhlükədə olduğunu dəyərləndirəcək və lazımi köməklik göstərəcək”.

S.Xankişiyeva

Paylaş:
657

Son xəbərlər

Bütün xəbərlər