Rusiyanın yeni səfiri Azərbaycanla münasibətlər barədə | 1news.az | Xəbərlər
Siyasət

Rusiyanın yeni səfiri Azərbaycanla münasibətlər barədə

13:44 - 17 / 07 / 2018
 Rusiyanın yeni səfiri Azərbaycanla münasibətlər barədə

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərinə hazırlıq gedir”.

1news.az  APA-ya istinadla xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov deyib.

“Heç kəsə sirr deyil ki, biz Azərbaycan prezidenti İlham Əliyevin Rusiya Federasiyasına səfəri ərəfəsindəyik. Ona görə də, iki ölkə arasında olan məsələlər aktuallaşmalıdır, tərəflər lazımı sənədləri imzalanmağa hazır vəziyyətə gətirməlidir. Proses gedir. Baxmayaraq ki, yay dövrüdür, bizim işimiz gərgindir”, - deyə səfir vurğulayıb.

Boçarnikov Azərbaycanda diplomat kimi fəaliyyətə başlamasından danışıb: “Mən cəmi bir aydır Azərbaycanda səfir kimi fəaliyyət göstərirəm. Ona görə də, ilk təəssüratlarımı sizinlə bölüşə bilərəm. İlk təəssüratım ondan ibarətdir ki, Rusiya-Azərbaycan münasibətləri yüksəlişdədir. Bu gün biz Rusiya Ticarət-Sənaye Palatasında olduğumuzdan, iki ölkə arasındakı iqtisadi münasibətlərdən danışmaq istərdim. Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər sürətlə inkişaf edir. İkitərəfli münasibətlərin gündəliyində olan məsələlər çoxdur. Həm biznes səviyyəsində iş adamlarının, həm də hər iki ölkənin İqtisadiyyat nazirliklərinin nümayəndələrinin görüşləri olduqca vacibdir”.

Rusiyalı diplomat iki ölkə arasında siyasi münasibətlərə də toxunaraq qeyd edib ki, Rusiya və Azərbaycan arasında siyasi münasibətlər çox yaxşı inkişaf edir: “Hər şey bizim prezidentlərin arasında olan mehriban və şəxsi münasibətlərə söykənir. Belə əhval-ruhiyyə bizim siyasi əlaqələrimizin bütün səviyyələrinə yayılır. Ona görə də mən Rusiya-Azərbaycan münasibətlərinin gələcəyini nikbin görürəm”.

1news.az  

 

 

Paylaş:
403

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTO06 / 05 / 2024, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndik06 / 05 / 2024, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilib06 / 05 / 2024, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib06 / 05 / 2024, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTO06 / 05 / 2024, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunur06 / 05 / 2024, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTO06 / 05 / 2024, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!06 / 05 / 2024, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıb06 / 05 / 2024, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgi06 / 05 / 2024, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəm06 / 05 / 2024, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıb06 / 05 / 2024, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTO06 / 05 / 2024, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!06 / 05 / 2024, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıb06 / 05 / 2024, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEO06 / 05 / 2024, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model Müəssisəsi06 / 05 / 2024, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaq06 / 05 / 2024, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıb06 / 05 / 2024, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşüb06 / 05 / 2024, 14:31
Bütün xəbərlər