Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcəklər | 1news.az | Xəbərlər
Siyasət

Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcəklər

16:57 - 18 / 07 / 2018
Hərbçilərimiz “Beynəlxalq Ordu Oyunları - 2018” yarışlarında iştirak edəcəklər

“Beynəlxalq Ordu Oyunları - 2018” yarışları çərçivəsində iyulun 28-dən avqustun 11-dək Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiya ərazisində ümumilikdə 28 müsabiqə təşkil olunacaq.

1news.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, Azərbaycan hərbçiləri 5 müsabiqədə iştirak edəcək. Hərbçilərimiz ölkəmizdə keçiriləcək “Dəniz kuboku” ilə yanaşı Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları” və Belarusda “Snayper həddi” müsabiqələrinə qatılacaqlar.

Bundan əlavə, hərbçilərimiz İranda keçiriləcək “Dərinlik” və Rusiyada təşkil olunacaq “Qoşun kəşfiyyatı əlaçıları” müsabiqələrində ölkəmizi müşahidəçi qismində təmsil edəcəklər.

1news.az

Paylaş:
502

Son xəbərlər

Bütün xəbərlər