XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində siyasi və diplomatik səylər davam etdiriləcək | 1news.az | Xəbərlər
Siyasət

XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində siyasi və diplomatik səylər davam etdiriləcək

15:34 - 23 / 07 / 2018
XİN: Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması istiqamətində siyasi və diplomatik səylər davam etdiriləcək

Ermənistan tərəfindən qeyri-qanuni girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı xarici işlər naziri Elmar Məmmədyarov BMT baş katibinə, insan hüquqları üzrə ali komissarına, qaçqınlar üzrə ali komissarına, Qızıl Xaç Komitəsi rəhbərliyinə müraciətlər edib.

1news.az xəbər verir ki, XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, məsələ beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılıb.

“Bu istiqamətdə siyasi və diplomatik səylər davam etdiriləcək”- deyə, XİN sözçüsü əlavə edib.

P.Sultanova

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər