Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

21:47 - 24 / 07 / 2018
Prezident İlham Əliyev yunanıstanlı həmkarına başsağlığı verib

Prezident İlham Əliyev Yunanıstan Respublikasının Prezidenti Prokopis Pavlopulosa başsağlığı məktubu göndərib.

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Afina yaxınlığında tüğyan edən meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı və yaralananlar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yunanıstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

President.az

Paylaş:
419

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər