Azərbaycanlı diplomat xüsusi fəxri mükafatla təltif edilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanlı diplomat xüsusi fəxri mükafatla təltif edilib

12:02 - 24 / 07 / 2018
Azərbaycanlı diplomat xüsusi fəxri mükafatla təltif edilib

18 iyul 2018-ci il tarixində Böyuk Britaniyada akkreditə olunmuş diplomatların və ölkənin təhsil üzrə müvafiq qurumlarının iştirakı ilə hər il ənənəvi olaraq Kings Kollecdə Təhsil Konfransı keçirilib.

1news.az-a XIN-nin mətbuat xidmətindən verilən məlumata görə,  konfrans çərçivəsində Londonda yerləşən iyirmi beş minlik diplomatik korpus arasında təhsil məsələləri üzrə məsul  şəxslərin il ərzində fəaliyyəti təhlil olunur və yerli qurumlar, eləcə də təhsil mərkəzləri ilə əməkdaşlığı və effektiv fəaliyyəti ilə fəqrlənən diplomatlar mükafatlandırılır.

Konfrasda Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin birinci katibi Hüseyn Hüseynov xüsusi fəxri mükafatla təltif edilib. Mükafatı təqdim edən Londondakı diplomatik korpus arasında nüfuzlu "Embassy" jurnalının redaktoru Elizabeth Stewart bu mükafatın Azərbaycanda təhsil sahəsində gedən islahatların və gənc nəslin, həmçinin diplomatların sözügedən islahatlarda oynadığı vacib rolunun layiqli qiymətləndirilməsinin nəticəsi olduğunu bildirib.

1news.az

 

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər