Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi korrupsiya ilə bağlı deyil | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi korrupsiya ilə bağlı deyil

10:52 - 25 / 07 / 2018
Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi korrupsiya ilə bağlı deyil

Korrupsiya cinayətlərində təqsirli bilinən 57 şəxs barəsində axtarışa elan olunub.

1news.az xəbər verir ki, bunu Azərbaycan Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev qurum tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2018-ci ilin I yarısında görülmüş işlərlə bağlı mətbuat konfransında deyib.

Onlardan 36 nəfər beynəlxalaq, 21 nəfər isə yerli axtarışa verilib. Axtarışda olanlardan 9 nəfəri tutularaq məsuliyyətə cəlb olunub.

K.Əliyev deyib ki, Cəlil Məmmədquluzadə küçəsində yolun çökməsi texniki səbəblərlə bağlı ola bilər. Başqa ölkələrdə də bu cür hadisələr baş verir. Korrupsiya ilə bağlı hər hansı bir fakt yoxdur. Olarsa, aidiyyatı qurumlar tərəfindən bununla bağlı lazımi tədbirlər görüləcək.

Babək Cahandarov

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər