Zakir Həsənov Moskvaya səfər edəcək

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqunun dəvəti ilə iyulun 27-də Moskvaya səfərə yola düşəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildiriblər ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov iyulun 28-də “Beynəlxalq ordu oyunları - 2018” yarışlarının rəsmi açılış mərasimində iştirak edəcək.
S.Xankişiyeva
481