Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

19:58 - 27 / 07 / 2018
Azərbaycan Prezidenti perulu həmkarını təbrik edib

Prezident İlham Əliyev Peru Respublikasının Prezidenti Martin Vizkarra Kornexoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Peru arasındakı münasibətlər dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Peru xalqına sülh və tərəqqi diləyirəm”.

1news.az

Paylaş:
482

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər