Bahar Muradova: Koçaryana hərbi tribunalın yolu görünür

Mili Məclisin sədr müavini Bahar Muradova Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsini şərh edib.
1news.az xəbər verir ki, xanım vitse-spiker “Facebook” səhifəsində yazıb ki, Koçaryana hərbi tribunalın yolu görünür:
“Cox istərdim ki, bu həbs bir siyasətcinin, indi isə bir dövlət başcısının fərdi “qisas aktı”ndan daha cox əli nəinki minlərlə azərbaycanlının qanına bulaşmış, eləcə də siyasi ambisiyalarnın reallaşması ücün hətta öz soydaşlarının belə kütləvi qətlinə sərəncam vermiş, dövlət başcısı və insanlıq adına ləkə olan bir “canlı”nın bütün törətdiklərinə görə onunla həmrəy və cinayətlərinə şərik olanların da ədalət mühakiməsinə cəkilməsi olaydı. Görək Paşinyan özündə güc tapacaqmı?!”.
1news.az
477