Prezident İlham Əliyev Samuxda yol tikintisinə 4 milyon manat ayırıb | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev Samuxda yol tikintisinə 4 milyon manat ayırıb

17:00 - 04 / 08 / 2018
Prezident İlham Əliyev Samuxda yol tikintisinə 4 milyon manat ayırıb

Prezident İlham Əliyev avqustun 4-də “Samux rayonunun Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.

Dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Yenikənd–Köbər–Qaraağaclı avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Paylaş:
622

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər