Mübariz Əhmədoğlu: ABŞ-ın dünyada ikinci ən böyük səfirliyinin binasının və YUKOS-CİS-in arxitektoru Robert Köçəryandır

ABŞ Dövlət Departamenti R.Köçəryanın həbsinə ani reaksiya verdi: Ermənistan hökumətini ciddi, müstəqil və etibar yaradan təhqiqat aparmağa çağırdı.
ABŞ Dövlət Departamenti beynəlxalq aləmdə qəbul olunmuş prosedur qaydalarına riayət edilməsini vacib hesab edir. Məhz sonuncu fikir ABŞ-ın R.Köçəryanı müdafiə etdiyini göstərir:
ı. ABŞ Dövlət Departamenti dəqiqə ilə ölçülən vaxt ərzində R.Köçəryanın həbsinə reaksiya verdi.
ıı. R.Köçəryanın həbsi zamanı prosedur qaydalarının pozulması ilə bağlı vəkillərinin dediklərinə yoxlamadan inandı.
Ermənistanın ikinci prezidenti R.Köçəryanın və ailə üzvlərinin ABŞ-la intensiv əlaqələri olub. Mətbuatda yayılan materiallara görə R.Köçəryanın demək olar ki, bütün nəvələri ABŞ xəstəxanalarında doğulublar.
ABŞ-ın R.Köçəryana marağının 4 səbəbini daha çox ehtimal edirik:
ı. ABŞ-ın Ermənistandakı səfirliyinin binası dünyada ikinci ən böyük səfirlik binasıdır. O zaman ABŞ standart layihə ilə Ermənistanda səfirlik tikmək istəyirdi. Standart səfirliyin xərci ilə R.Köçəryan ABŞ üçün Ermənistanda çox böyük səfirlik binası tikdi. Qalan bütün xərci erməni mənşəli imkanlıların hesabına ödətdirdi. Bu səfirlik binası az qala hərbi baza imkanlarındadır.
ıı. YUKOS-CİS və ya YUKOS-Armenia onun himayəsi ilə yaradıldı və RF-dən 5 milyard dollar pul Qərbə köçürüldü.
ııı. R.Köçəryan Ermənistanda real antiRusiyaçılığı sistem halına saldı. RF müəssisələri sıxışdırıldı. “Sibir” aviakompaniyasının mülkünü əlindən alıb “Armavia”- nın yaranması bu nümunələrdən biridir.
ıv. R.Köçəryan və ailəsi ən imkanlı ermənilərdəndir. Bəzi ağzıgöyçək ermənilər onun varidatının 5 milyard dollar olmasını bildirirlər. 2 milyard dollar rəqəmini daha tez-tez səsləndirirlər. Ola bilər, R.Köçəryan bütün vəsaitini ABŞ-a investisiya qoyub və bunu razılaşmış şəkildə edib.
AntiRusiyaçılığın sistem halına salınması və kamifulyajlandırılmasında R.Köçəryanın ən yaxın silahdaşı Konstantin Zatulin idi.
Mübariz Əhmədoğlu,
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq