Tacikistan prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

Tacikistan prezidenti Emoməli Rəhmon 10-11 avqust tarixlərində Bakıda rəsmi səfərdə olacaq.
1news.az Tacikistan mətbuatına istinadla xəbər verir ki, səfər zamanı Azərbaycan və Tacikistan prezidentləri arasında təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibdə görüşlər keçiriləcək.
Emomali Rahmonun baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədovla da görüşləri planlaşdırılır.
Tacikistan və Azərbaycan arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri əlvan metallurgiya, kənd təsərrüfatı, enerji, yüngül sənaye, nəqliyyat və kommunikasiya sahələridir. Bakıda əsas müzakirə mövzularından biri şübhəsiz ki, tacik alümininin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və Azərbaycandan Tacikistana alüminium üçün xammal (qlinozem) tədarükünün artırılmasıdır.
Tacikistan Azərbaycandan əsasən qlinozem, koks və digər xammal alır.
Ötən ilin statistik məlumatlara görə, iki ölkə arasındakı ticarətin həcmi təxminən 13 milyon dollar təşkil edib. Müqavilə-hüquq bazasını iqtisadi-ticarət, bank, vergi, mədəniyyət və investisiya sahələrində 40-dan çox saziş təmin edir. Tackistan prezidentinin səfəri zamanı yeni sənədlərin də imzalanması gözlənilir.
P.Sultanova