Ermənistanda Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər – FOTO
Yerevanda sabiq prezident Robert Koçaryanın həbsdən azad olunmasına etiraz edirlər.
1news.az-ın erməni mətbuatına istinadla verdiyi xəbərə görə, bir müddət əvvəl həbsdən azad edilmiş keçmiş dövlət başçısının mətbuat konfransı zamanı etiraz aksiyası keçirilib.
Bir qrup şəxs mətbuat konfransının təşkil edildiyi zala daxil olmağa çalışıb.
Xatırladaq ki, Ermənistan Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürmüş, bir gün sonra isə o, 2 ay müddətinə həbs edilib.
S.Xankişiyeva
821