Prezident İsmayıllıda yeni uşaq bağçasının tikintisinə vəsait ayırdı | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İsmayıllıda yeni uşaq bağçasının tikintisinə vəsait ayırdı

17:28 - 27 / 08 / 2018
Prezident İsmayıllıda yeni uşaq bağçasının tikintisinə vəsait ayırdı

Prezident İlham Əliyev İsmayıllı şəhərində yeni uşaq bağçası binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda deyilir:

  1. İsmayıllı şəhərində yeni 100 yerlik uşaq bağçası binasının tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İsmayıllı Rayon İcra Hakimiyyətinə 1,5 milyon (bir milyon beş yüz min) manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

S.Xankişiyeva

 

Paylaş:
567

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər