Ağdam və Gədəbəy rayonlarına yeni icra başçıları təyin edilib | 1news.az | Xəbərlər
Rəsmi

Ağdam və Gədəbəy rayonlarına yeni icra başçıları təyin edilib

15:50 - 28 / 08 / 2018
Ağdam və Gədəbəy rayonlarına yeni icra başçıları təyin edilib

Prezident İlham Əliyev Vaqif Həsənovun Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, sərəncamda qeyd olunur ki, Vaqif Bəhram oğlu Həsənov Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilsin.

Bundan başqa, Prezident İlham Əliyev İbrahim Ənvər oğlu Mustafayevi Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edib.

S.Xankişiyeva

 

 

Paylaş:
808

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər