Merkelin vədi: Minsk qrupunun həmsədrlik formatına Almaniya da daxil olacaq? | 1news.az | Xəbərlər
Siyasət

Merkelin vədi: Minsk qrupunun həmsədrlik formatına Almaniya da daxil olacaq?

16:15 - 29 / 08 / 2018
Merkelin vədi: Minsk qrupunun həmsədrlik formatına Almaniya da daxil olacaq?

Avqustun 23-25-də Almaniya Federativ Respublikasının Federal kansleri Angela Merkelin Cənubi Qafqaza səfərini tarixi adlandırırlar. Belə ki, Merkel Avropa liderlərindən biri olaraq uzun illər ərzində ilk dəfə olaraq Gürcüstan, Azərbaycan və Ermənistana səfər edib.

Kanslerin səfərinin yekunu ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov öz fikirlərini bölüşüb:

“Almaniya kanslerinin hazırki səfəri Avropa İttifaqının (Aİ) xarici siyasətinə və iqtisadi əlaqələrlə bağlı məsələlərə həsr olunub. Xəzərdən nəql olunan qaz Almaniya üçün Avropanın enerji təhlükəsizliyi ilə təminatı kontekstində maraqlı deyil. Çünki Almaniya coğrafi baxımdan Cənub Qaz Dəhlizi marşrutundan uzaqdır”.

Ekspertin məlumatına əsasən, 2020-ci ilə qədər Azərbaycan qazının Bolqarıstandakı payı 35%, Yunanıstanda 33%, Xorvatiya, Çernoqoriya və Serbiyada – 50% təşkil edəcək:

“Azərbaycan Almaniya üçün ilk növbədə Aİ ölkəkərinə enerji resurslarının təchiz edilməsi baxımından cəlbedicidir. Bu da Avropanın enerji təhlükəsizliyi baxımından vacibdir”.

Bu konteksdə politoloq vurğulayıb ki, Azərbaycan Vaşinqton və Brüsselin üstünlük verdiyi strateji əhəmiyyətli layihələrin ayrılmaz hissəsidir. Həmçinin Azərbaycan Aİ-nin Cənubi Qafqazda ən vacib tərfədaşıdır:  

“Hazırda ölkədə 150-yə yaxın alman müəssisələri fəaliyyət göstərir. Bakı olmadan Qərb və ya Rusiyanın iqtisadi və ya siyasi layihəsi Cənubi Qafqazda fəaliyyət göstərə bilməz”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyanın kansleri Angela Merkel ilə   birgə mətbuat konfransı zamanı bildirib:

“Almaniyadan olan şirkətlər Azərbaycanda bir çox layihələrdə iştirak edirlər və əminəm ki, bu səfərdən sonra onların buradakı fəaliyyəti daha da genişlənəcək, buna böyük imkanlar var”.

Kansler isə öz növbəsində qeyd edib:

“Burada çox böyük, geniş seçim var. Biz Azərbaycanın istədiyi bütün sahələrdə iştirak edə bilərik”.

Qaz təchizatı və iqtisadi əməkdaşlıqdan başqa, Merkelin Bakıya səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində səylərin gücləndirilməsi oldu.

Zaur Məmmədov hesab edir ki, Almaniya Minsk qrupunun həmsədrlərinin tərkibinə daxil olmalıdır.

Eksperin sözlərinə görə, Minsk qrupunun fəaliyyətdə olan həmsədləri – Fransa, Rusiya, ABŞ – danışıqlar prosesini irəli aparmaq üçün heç bir addım atmır.

Z.Məmmədovun fikrincə, Paşinyanın Qarabağa vaxtaşırı səfəri Ermənistandakı daxili siyasətlə əlaqədardır:

“Paşinyan Qarabağ ermənilərini narahat edir. Onlar Ermənistandan uzaqlaşdırıldı və indi seçkilərdən qabaq Qarabağın rəhbərliyini neytrallaşdırmaq istəyirlər. O, bilir ki, Qarabağ klanı – onun hakimiyyəti üçün əsas təhlükə mənbəyidir”.

Politoloq əmindir ki, Ermənistan Almaniya üçün nə siyasi, nə də iqtisadi baxımdan maraqlı deyil:

“Buna görə də Ermənistan üçün Merkel heç bir maliyyə dəstəyinə zəmanət vermədi. Həmçinin “erməni soyqırımı” ilə bağlı bir kəlmə belə kəsmədi”.

Z.Məmmədovun sözlərinə görə, gürcü-alman münasibətlərindən danışdıqda, burada hər şey ilk baxışdan göründüyü kimi asan deyil:

“Burada Almaniyanın edə biləcəyi maksimum addım Gürcüstanı Cənubi Asetiya və Abxaziya məsələsində dəstəkləməsidir. Lakin bu məsələdə də dəqiq addımlar atmayacaq. Çünki Rusiya ilə münasibətlərinin gərginləşməsini istəmir”.

Zaur Məmmədov Gürcüstanın NATO və Avropa İttifaqına üzv olmasına mühafizəkar yanaşır:

“Berlin üçün istər iqtisadi, istərsə də siyası planda Aİ və ya NATO-nun genişləndirilməsi əlverişli deyil. Ai-nin maliyyə vəziyyətləri ürəkaçan deyil.

Almaniyanın Rusiya ilə münasibətlərinin gərginləşməsi də lazım deyil. Rusiya-Almaniya siyasi və iqtisadi münasibətləri hər iki ölkə üçün sərfəli deyil. Berlin Gürcüstana görə Moskva ilə münasibətləri korlamayacaq”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
1406

Son xəbərlər

Bütün xəbərlər