Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib | 1news.az | Xəbərlər
Siyasət

Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

12:07 - 30 / 08 / 2018
Gürcüstanın Baş naziri Azərbaycana səfərə gəlib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze avqustun 30-da Azərbaycan Respublikasına səfərə gəlib.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Gürcüstanın Baş naziri Mamuka Baxtadzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

S.Xankişiyeva

 

Paylaş:
579

Son xəbərlər

Bütün xəbərlər